"Azərbaycanda davamlı şəkildə təhlillər aparılır, ilkin tibbi xidmətlə əlaqəli görüləcək işlər çoxdur. Bu xüsusən ana ölümləri ilə bağlı göstəricilər, bəzi xəstəliklərin artmasıyla bağlıdır".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə keçirilən dinləmədə İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyəti sədrinin müşaviri İsa Əliyev deyib.
Onun sözlərinə görə, ilkin səhiyyə xidmətində problemin əsas səbəbi kadr və infrastruktur çatışmazlığıdır:
"Ölkədə kadr resursları daha çox ixtisaslı xidmətə yönəlib. İlkin səhiyyə xidmətinin infrastrukturunda problemlər mövcuddur. Bu təkcə bizdə yox, bütün dünyada olub. Araşdırmalarımıza görə, dünyada bu, sadaladığım problemlərin həllini aradan qaldırmaqla həyata keçirilir. İlkin tibbi xidmət əlçatan olmalıdır”.