Reabilitoloq Svetlana Malinovskaya qışda siyənək, turşu və duzlu kələm yeməyi tövsiyə edib.
News24.az medianews.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, siyənək balığının tərkibində immunitet sistemi, sinir və ürək-damar sistemi, beyin və görmə üçün faydalı olan omeqa-3 yağ turşuları var.
Bundan əlavə, bu balıqda A, E və D vitaminləri, həmçinin dözümlülük və əzələ gücünü artırmaq üçün lazım olan araxidon turşusu var.
Turşu xiyarın faydalarından danışan Malinovskaya onların təzə xiyarın bütün faydalarını özündə saxladığını, həmçinin az kalorili olduğunu vurğulayıb. Bundan əlavə, bədən bu məhsulu həzm etmək üçün az enerji sərf edir.
Həkim qeyd edib ki, qışda da yeməyi tövsiyə etdiyi duzlu kələm təzə kələmdən daha yaxşı orqanizmə sorulur. “Duşlu kələmdə bakteriyaların sayı təbii süd turşusu məhsullarında olduğu kimidir ki, bu da zərərli bağırsaq mikroflorasını boğur və maddələr mübadiləsini sürətləndirir”, – deyə o bildirib.