1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili əvvəlcə ərazidəki körpünün dayağına çırpılıb, daha sonra idarəetmədən çıxaraq körpüdən aşıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.