ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində dayandırmaq vədindən dönmüş ola bilərdi, lakin onun xüsusi nümayəndəsi Keyt Kelloqun 100 gün ərzində həll yolu tapmaq mandatı müharibənin başqa bir dondurulmuş münaqişəyə çevrilməsi ehtimalını artırıb.
Editor.az xəbər verir ki, bu barədə “The Times” yazıb. Nəşr qeyd edir ki, dondurulmuş münaqişələrin tarixi heç də xoşbəxt tarix deyil – silahlı münaqişələrin yenidən başlanması təhlükəsi həmişə aktual olaraq qalır. Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Phillips O’Brien deyir ki, Ukrayna şanslı olmalıdır. Səbirsizliyi ilə tanınan Tramp Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar aparan şəxs kimi reputasiyasından istifadə edir. Tramp əslində Ukrayna ilə maraqlanmır. O, döyüşləri dayandırmaqla rəğbət qazanmaq, özünü sülhməramlı elan etmək və evinə qayıtmaq istəyir”, – o izah edib.
//Samir Qurbanov, Editor.az