“Cənubi Qafqaz regionunda vəziyyət qeyri-sabit olaraq qalır və onun nizamlanması prosesi davam edir”.
Missiya.Az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Andrey Serdyukov deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin imzalanmasına hazırlıq əsas olaraq qalır.
“Cənubi Qafqazda gərginliyə Qərb ölkələrinin regionda öz təsirlərini gücləndirmək cəhdləri kömək edir”, - deyə Serdyukov vurğulayıb.
Daşqın HəsənovMissiya.Az