AZ

“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA

“Rusiya-Ukrayna müharibəsində atəşkəs yaxınlaşır. Bu, yekun sülh olmayacaq, ancaq cari və ya ona oxşar təmas xəttində əməliyyatların müvəqqəti dondurulması olacaq”.

Turkustan.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb. O, hesab edir ki, həm Zelenski, həm də Putin özlərini qalib elan edəcəklər: “Bununla belə, həm Ukraynada, həm də Rusiya Federasiyasında “qaliblərin” yeni oyunçularla əvəzlənməsi mövzusu aktuallaşacaq. Ukraynanın siyasi elitası və “Kreml qüllələri” daxilindəki qruplar artıq hakimiyyət uğrunda ölümcül mübarizəyə hazırlaşaraq “gizli” fəaliyyətlərə başlayıblar”.

Keçmiş nazir hesab edir ki, Qərb onlarla təmasda olaraq onlara ümidverici siqnallar verir, qarşıdurmanı daha da kəskinləşdirir: “Təyyarəmizə qarşı baş verən faciə Kremlin və ona yaxın qrupların daxili siyasi mübarizəsində istifadə üçün situasiya fonuna çevrilib.

Rusiya mətbuatında idarə olunan imperiyaçı carçıları və ölkəmizdəki “Rusiya imperiyasına qarşı döyüşənlərin” necə sinxron şəkildə “oxumasına” baxsaq, söhbət öz agentlərinə, o cümlədən Azərbaycanda nəzarəti davam etdirən Rusiya xüsusi xidmət orqanlarından olan sifarişçilərdən gedir.

Azərbaycan Prezidenti öz mövqeyini açıq şəkildə bildirdi ki, daxili siyasi çəkişmələrinizlə bizə qarışmağa çalışmayın. Biz tələb edirik ki, Rusiyanın təyyarə faciəsi ilə bağlı mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsində məhdudlaşdırılsın, məsələni özunu “konsepsiyalara əsaslanan qarşıdurmaya” qədər endirməyə cəhd göstərilmədən”.

T.Zülfüqarovun sözlərinə görə, “Kreml qüllələri” və Qərb oyunçuları başa düşməlidirlər ki, “yeni Priqojinlər” onların problemidir və bizi bu macəraya sürükləmək əbəsdir./yenisabah.az

Seçilən
0
turkustan.az

1Mənbələr