Bakı. Trend:
İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvüConatan Misner və Demokratiyaların Müdafiəsi Fondunda enerjiməsələləri üzrə böyük məsləhətçi, beynəlxalq enerji və xaricisiyasət üzrə tanınmış mütəxəssis, professor Brenda Şaffer Laçınasəfər ediblər.
Bu barədə Trend-ə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetməXidmətindən məlumat verilib.
Bildirilir ki, səfərin məqsədi işğaldan azad edilmiş torpaqlardaqısa müddət ərzində həyata keçirilmiş bərpa-quruculuq işlərini,gələcək prioritetləri və mümkün fəaliyyət istiqamətlərini nəzərdənkeçirməkdir.
Laçın şəhərində qarşılanan nümayəndə heyətinə rayonda həyatakeçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, iqtisadi inkişafplanları və bölgənin Azərbaycan iqtisadiyyatına inteqrasiyasıistiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Laçın rayonu işğaldan azad edildikdən sonrasürətlə bərpa olunan ərazilərdən biridir, hazırda Azərbaycanıniqtisadi, mədəni və strateji inkişafının əsas istiqamətlərindənbiri kimi diqqət mərkəzindədir.
Səfər çərçivəsində şəhərin bir sıra dağıdılmış ərazilərinə, ocümlədən yeni qurulan müəssisələrinə baxış keçirilib. Bumüəssisələrin regionun iqtisadi inkişafında oynayacağı mühüm rolbarədə məlumat verilib.
Qonaqlar Laçında qısa müddətdə həyata keçirilən bərpa-quruculuqişlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər.