AZ

““Qarabağ” rahat şəkildə oyuna çıxmalıdır” - Sabiq məşqçi AÇIQLADI

“Bugünkü oyunda “Qarabağ” üçün növbəti mərhələyə çıxmaq baxımından elə də əhəmiyyət daşımır”. Bunu SİA-ya Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Olimpiakos” - “Qarabağ” oyunu barədə danışıb.

Mütəxəssis bildirib ki, hazırki durumda Azərbaycan təmsilçisi rahat şəkildə oyuna çıxmalıdır: “Əksinə rəqibə bu qələbə vacib lazımdır. Onlar xal baxımından öz vəziyyətlərini daha da yaxşılaşdırmalıdır. Rəqib evdə oynadığı üçün daha çox təziq edə bilər. Bu amil “Qarabağ”ın xeyrinə işləyə bilər. Necə ki, biz bunun şahidi olmuşuq ki, “köhlən atlar” bu səbəbdən səfərdən xalla geri dönüblər. Təbii ki, matçda “Olimpiakos” favorit hesab olunur. Lakin reallıqda “Qarabağ” xal götürməyə qadir komandadır. Ümid edirik ki, təmsilçimiz Vətənə xal alaraq geri dönəcək”.

Qeyd edək ki, komandalar arasında qarşılaşma bu gün Bakı vaxtə ilə 00:00-da rəqibin meydanın da baş tutacaq.

Banuçiçək Hüseynli

Seçilən
0
sia.az

1Mənbələr