AZ

Paşinyan yenidən müharibə istəyir?-” Azərbaycana qarşı təxribatlara əl atarsa…”-Millət vəkili

“Bayden administrasiyası, Fransa və onun əlaltılarından dəstək alan Nikol Paşinyan ruhlanaraq sülh gündəliyindən daha çox silahlanmadan və müharibədən danışmağa başlayıb. Amma zaman dəyişilir və Paşinyana açıq şəkildə dəstək verənlər bir-birinin arxasınca tarixin arxivinə getməkdədir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamovun sözlərinə görə, ABŞ-da yenidən hakimiyyətə qayıtmış Donald Tramp sülh gündəliyini müharibələrdən üstün tutur:

“Bu baxımdan Ermənistanla Blinkenin imzladığı sənəd də Baydenin imzaları ilə təsdiq olunmuş digər sənədlər kimi ləğv olunaraq tarixin arxivinə gedəcəyi gözləniləndir. Paşinyan isə yenə də ümüdlərini itirmədiyini nümayiş etdirməyə çalışır və ona görə də 3-7 fevral tarixlərində ABŞ-a gözlənilən səfəri çərçivəsində Trampın yanında dayanaraq bir şəkil çəkdirmək üçün canfəşanlıq edir.

Ümumiyyətlə, Qərbin dəstək verdiyi ölkələrin özləri müharibə poliqonuna çevrildiyini yaşadığımız tarix sübut edib. Belə kİ, Qərbin silahlandırdığı heç bir ölkədə sülh yaranmayıb və həmin ölkələr ərazilərin itirilməsi ilə üzləşmişdir. Bu baxımdan Paşinyanın Qərbə arxalanaraq müharibə ritorikasına üstünlük verməsinin ermənilərə böyük faciələr yaşadacağına şübhə etmir. Əvvəlcə qeyd etmək istəyirəm ki, Ermənistanı nə qədər silahlandırsalar da Azərbaycandan heç vaxt üstün ola bilməz. Yaşadığımız son illərin tarixi Azərbaycan Ordusunun gücünü sübut edib. Bu baxımdan Paşinyan yenidən müharibə iddiasına düşərək Azərbaycana qarşı təxribatlara əl atarsa, cavabımızın çox amansız olacağından əmin olsunlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr