AZ

"Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb" -Nazir

“Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu 700-dən çox tibbi müəssisənin 70%-dən çoxu bölgələrdə yerləşir”. 

Oxu24.com   xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə deyib.

O bildirib ki ölkəmizdə bir sıra xəstəliklər üzrə dövlət proqramları qəbul edilib və ciddi və əsaslı dönüş əldə edilib: "Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək, talesemiyadan ölüm sayları 5 dəfə azaldılıb. 2014-cü ildə ÜST tərəfindən ölkəmiz məxmərək və qızılca ilə bağlı azalmalara görə sertifikatlar alıb. 2023-cü ildə artıq molyariyadan tam azad olunmuş ölkə kimi qeydiyyatdan keçib. Təbii ki, 2021-ci ildən aprelin 1-dən ölkəmizin bütün ərazisində İTS-nin tətbiqi səhiyyəmizdə əsaslı dönüşü təmin edib”, - deyə nazir bildirib.

Seçilən
1
oxu24.com

1Mənbələr