AZ

Azərbaycanda bankların kredit portfeli artıb

Bakı. Trend:

Azərbaycanda bankların kredit portfelinin artımı ötən ilindekabr ayında da davam edib.

Trend Mərkəzi Banka istinadənxəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.4% və ya109.5 milyon manat artaraq 27,5 milyard manat olub.

Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30.7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri – 15.5% (4,245.5 mln. manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə4,294.7 mln. manat (o cümlədən biznes kreditləri 2,170.4 mln.manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxilolmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünənəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr