AZ

Arakçı Qətərə getdi: HƏMAS rəhbərliyi ilə görüşəcək

İranın xarici işlər naziri Abbas Arakçı Qətərə gedib və orada HƏMAS-ın nümayəndələri ilə danışıqlar aparacaq.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfər zamanı HƏMAS-ın yüksək səviyyəli nümayəndələri ilə görüş və Fələstində baş verən son hadisələrin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Arakçı Qətər rəhbərliyi ilə də görüşəcək, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcək.
Seçilən
13
2
sherg.az

3Mənbələr