Azərbaycanda teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.
Onun sözlərinə görə, həmin qaydalar tətbiq ediləndən sonra hər kəs üçün əlçatan olacaq:
"Hazırda teletiblə bağlı qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var”.