ABŞ-ın Alyaska ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Takotna qəsəbəsindən 15 km cənub-qərbdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.