AZ

“Normallaşma prosesini yekunlaşdırmağa hazırıq” – Mirzoyan Azərbaycanla bağlı bəyanat verdi

“İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa hazırdır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı ilə birgə mətbuat konfransında bildirib.

"Sizin Ermənistanın təşəbbüsü olan, fəal iqtisadi və nəqliyyat əməkdaşlığını nəzərdə tutan "Sülh yollarının kəsişməsi" layihəsi haqqında məlumatınız var. Bu təşəbbüs çərçivəsində biz nəqliyyat infrastrukturunun blokadadan çıxarılması təklifi ilə çıxış etmişik. Əlbəttə ki, biz bu proqramla yanaşı, digər istiqamətlərdə də Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa hazırıq”, - nazir vurğulayıb.

O, Ermənistan hökumətinin mövqeyinin eyni olduğunu vurğulayıb: “İrəvan sülh müqaviləsi, nəqliyyat infrastrukturunun blokadasının götürülməsi, sərhədlərin demarkasiyası da daxil olmaqla, sülh gündəliyinə sadiqdir və onu həyata keçirəcək”.

"Yeri gəlmişkən, biz Ermənistan və Gürcüstan arasında sərhədin demarkasiyası prosesinə də eyni inam və öhdəliyə malikik", - XİN rəhbəri qeyd edib.

Gürcüsyanın xarici işlər naziri Maka Bojorişvili isə öz növbəsində vurğulayıb ki, ölkəsi regionda davamlı sülhün tərəfdarıdır və bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır.

"Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi qarşılıqlı faydalı olacaq müddəalarla yekunlaşacaq. Yalnız bu, regionda sülhün bərqərar olması üçün əsas ola bilər", - deyə o, Ermənistan və Gürcüstanın bir-birinin suverenlik və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Azərbaycanın “Zəngəzur dəhlizi”-nin açılması istiqamətində əməli addımlar atdığını bəyan edib. Dövlət başçısı vurğulayıb ki, bu təşəbbüs ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət əsasında irəli sürülür.

Azərbaycan Prezidenti Ermənistanın “Sülh yollarının kəsişməsi” regional təşəbbüsü barədə deyib ki, bu layihənin “Azərbaycansız iki qəpiklik dəyəri yoxdur” və bunu dəfələrlə müxtəlif kanallarla erməni tərəfinə çatdırıb.

“AzPolitika.info”

Seçilən
10
50
azpolitika.info

10Mənbələr