AZ

Vaşinqtonda təyyarə qəzasından sonra sudan dörd nəfər çıxarılıb

Vaşinqtonda

Vaşinqtondakı Ronald Reyqan adını daşıyan hava limanı yaxınlığında Potomak çayında xilasetmə əməliyyatı zamanı sudan dörd nəfər çıxarılıb.“Ulusum”.az-ın məlumatina görə, xəbəri NBC yayıb. Məlumatda qeyd edilir ki, xilas edilənlər xəstəxanaya yerləşdirilib.Qəzaya uğramış təyyarədə ümumilikdə 64 nəfər olub: 60 sərnişin və 4 ekipaj üzvü, aviaşirkət məlumat verib.Artıq məlumdur ki, toqquşma həmçinin ölüm hallarına səbəb olub. Senator Ted Cruz bildirib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil.Bombardier CRJ700 tipli yüngül təyyarə, Vaşinqtondakı Ronald Reyqan hava limanının yaxınlığında, "Blackhawk" hərbi vertolyotu ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Hadisə yerinə bütün təcili xidmətlər və xilasetmə vertolyotları cəlb olunub. Məlumatlara görə, təyyarə Uichita (Kansas ştatı) şəhərindən havaya qalxıb və qəza zamanı enişə gedirdi. Təyyarə American Airlines aviaşirkətinin 5342 nömrəli reysini həyata keçirirdi. Təyyarədə təxminən 60 nəfər ola bilərdi. Sərnişinlərin vəziyyəti barədə hələ məlumat yoxdur. Ronald Reyqan hava limanı müvəqqəti olaraq uçuşları qəbul etməyi və göndərməyi dayandırıb.Səidə

Diqqət Çəkənlər

Trampın portretinin Maqma Memorialına əlavə edilməsi təklif olunub

Tramp və Vindzor ailəsi arasındakı münasibətlərin gələcəyi necə olacaq?

Qırmızı Xaç Konqo DR bioloji təhlükələrin artmasından narahatlığını bildirib

Seçilən
17
40
ulusum.az

10Mənbələr