AZ

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirə təşkil olunub

Bakı, TurkicWorld

Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və polimədəni təhsilin psixoloji problemləri kafedrasının müdiri, dosent Olqa Pavlova tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün mühazirə keçirilib. Mühazirə Aİİ-də təşkil olunub.

Bu barədə TurkicWorld-a Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ)- dən məlumat verilib.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova tədbir iştirakçılarını səmimi salamladıqdan sonra, qonağa təşəkkürünü bildirib. Dekan silsilə mühazirələrin tələbələrin dünyagörüşlərinə, təhsillərinə müsbət təsir göstərəcəyini qeyd edib, onlara uğurlar diləyib.

Dosent Olqa Pavlova “İslam psixologiyası: tarixi mənbələri və müasir tendensiyalar” mövzusunda məruzə ilə çıxış edib. O. Pavlova əvvəlcə psixologiyanın mahiyyəti haqqında məlumat verib. Daha sonra İslam psixologiyasının əhəmiyyəti, meydanagəlmə mərhələsi barədə bəhs edib. Həmçinin İslam psixologiyasının əsasını qoyan şəxslər və onun müasir dövrdəki vəziyyəti barədə danışıb.

Mühazirə qarşılıqlı müzakirələrlə keçib.

Məlumat üçün bildirək ki, İnstitut xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması istiqamətində müxtəlif tədbirlər təşkil edir, tələbələrin dünyagörüşlərinin artırılması və inkişafı istiqamətində mütəmadi olaraq mühazirə, seminar və təlimlər həyata keçirir.

Seçilən
1
turkic.world

1Mənbələr