Polşa ilə ABŞ AGM-88G AARGM-ER antiradar raketlərinin tədarükü üzrə müqavilə imzalayıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dəyəri 745 milyon dollar olan müqavilə Dövlət Xəzinədarlığı – Milli Müdafiə Departamenti və ABŞ hökuməti arasında imzalanıb.
Müqaviləyə əsasən ABŞ Polşa Ordusuna 200-dən çox AGM-88G AARGM-ER (Qabaqcıl Anti-Radiasiya İdarəolunan Raketlər) raketlərini çatdıracaq. Polşa tərəfi bildirir ki, AGM-88G raketlərinin alınması Hərbi Hava Qüvvələrinə düşmənin radar sistemləri və hava və raket hücumundan müdafiəsi ilə mübarizə aparmaq, həmçinin hava məkanında üstünlüyünü saxlamaq zərurəti və polşa hərbi aviasiyasının hava əməliyyatlarının müvafiq səviyyədə təhlükəsizliyinin təmin olunması ilə bağlıdır.
Polşa Müdafiə Nazirliyinin məlumatına görə, raketlərin yerüstü hədəflərin məhv edilməsi məsafəsi 200 km-dən çoxdur.
Qeyd edək ki, bundan əvvəl Varşavanın Vaşinqtonda sifariş etdiyi 32 çoxməqsədli F-35 təyyarəsindən birincisi artıq Polşa hərbçilərinə təhvil verilib və hazırda onlardan ABŞ-dakı hərbi obyektlərdə pilotların hazırlanmasında istifadə olunur.