AZ

Ledi Qaqa ilk dəfə “Joker 2”nin sərt tənqidindən danışıb

Yazını böyüt
Yazını kiçilt

Aktrisa Ledi Qaqa “Joker: Folie a Deux”un aldığı sərt reaksiyalardan narahat olmamağa çalışır.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, o, qadın və moda jurnalı “Elle”də dərc olunan müsahibəsində ulduz rejissor Todd Fillipsin davamı haqqında danışıb.

Ötən ilin oktyabrında ekranlara çıxan bu əsər nə tənqidçilər tərəfindən bəyənilib, nə də kassada gözlənilən uğuru qazanıb.

2019-cu ildə Oskar qazanan və blokbaster “Joker filminin davamı olan bu istehsalda Qaqa bir daha Xoakin Feniksin canlandırdığı Artur Flekin qarşısında Harley Quinn obrazını canlandırıb.

Reaksiyalarla bağlı verdiyi ilk açıqlamada 38 yaşlı Qaqa filmin adını çəkmədən bunları söylədi: “Bəzən insanlar bəzi şeyləri sevmirlər. Bu qədər sadədir. Məncə, sənətkar olmağın tələblərindən biri də insanların bəzən etdiklərini bəyənməməsinə hazır olmaqdır. Davam edirsən, çünki bəzən işlər planlaşdırdığın kimi getmir”.

Qaqa əlavə edib ki, o, heç vaxt uğursuzluq qorxusunun yaradıcılıq qərarlarına təsir etməsinə imkan vermir.

Hazırda yeni albomu “Mayhem” üzərində çalışan sənətçi "Bu qorxu həyatınıza girdikdən sonra onu idarə etmək həqiqətən çətin ola bilər, bu da xaosun bir hissəsidir” deyib.

“Joker: Double Madness”, “Rotten Tomatoes” icmal toplama saytında film tənqidçilərinin rəylərinə görə, 100 baldan yalnız 31 bal alıb.

Dünyada cəmi 207 milyon dollar qazanan film 1 milyard dollardan çox gəlir əldə edən ilk filmə yaxın belə deyil.

Seçilən
6
hafta.az

1Mənbələr