Dünən baş tutan “Tata Steel Challengers 2025” turnirinin 10-cu turunda Aydın Süleymanlı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, şahmatçımızın rəqibi qazaxıstanlı Nogerbek Kazıbek olub. Görüşə ağ fiqurlarla başlayan Aydın, rəqibini məğlub etməyi bacarıb. Bununla da, təmsilçimiz aktivinə daha 1 xalı yazıb.

Qeyd edək ki, hazırda təmsilçimizin aktivində 10 oyuna 6.5 xal var və 3-cü yerdə qərarlaşıb.