AZ

Bu şirkət məhsullarını ABŞ-dan geri çağırdı

Сoca-cola məhsullarını geri çağırmaq qərarından sonra Lay's məhsullarından biri ilə əlaqədar oxşar addım atıb.   Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) qablaşdırmada qeyd olunmayan süd inqrediyentinin mövcudluğuna görə "Lay's" marka kartof çipsləri üçün ən yüksək "Class I" risk səviyyəsini müəyyənləşdirib. Bu kateqoriya məhsullar "həyat üçün təhlükəli" allergik reaksiyalara səbəb ola bilər.

Ləğv prosesinə 13 dekabrda başlanılıb. "Lay's"-in ana şirkəti olan Frito-Lay, ilkin olaraq Oreqon və Vaşinqtonda satılan çipslərin 6000-dən çox paketində süd komponentinin tapıldığını bildirib. Süd allergiyası olan insanlar üçün ciddi sağlamlıq riski yaradan bu səhv, FDA-nın 27 yanvar 2025-ci ildə geri çağırılmasına səbəb olub. Bu qərar təkcə xəbərdarlıq xarakteri daşımır, həm də qida təhlükəsizliyinin vacibliyini vurğulayır.

Seçilən
8
manset.az

1Mənbələr