Cənubi Qafqaz regionunda vəziyyət qeyri-sabit olaraq qalır, Azərbaycan və Ermənistan arasında nizamlanma prosesi hələ də davam edir.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib.
Rusiyalı generalın sözlərinə görə, ən əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.
“Həll prosesi davam edir, bunun mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasına hazırlıq işləridir. Bölgədəki gərginlik Qərb dövlətlərinin Cənubi Qafqazda öz təsirlərini gücləndirmək cəhdləri ilə qızışır”, - Serdyukov vurğulayıb.