Bakı, 30 yanvar, AZƏRTAC
“Coğrafi terminlər və anlayişların izahli lüğəti” işiq üzü görüb.
Dövlət İmtahan Mərkəzinin (DİM) sifarişi ilə hazırlanmış və çoxdan gözlənilən bu dəyərli vəsait qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulsa da, bütün coğrafiyasevərlər üçün bir hədiyyə sayıla bilər.
AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru professor Fərda İmanov, tərtibçiləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və şöbə müdiri Mirnuh İsmayılov, orta məktəb müəllimləri Təranə Əfəndiyeva və Aygün Əliyevadır.
Kitaba şərh verən DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə lüğətin zəruriliyini önə çəkərək şagirdlərdə özünütəhsil vərdiş və bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün vəsaitin hazırlanmasının aktual məsələ olduğunu diqqətə çatdırıb.
İlk dəfə nəşr edilən “Coğrafi terminlər və anlayışların izahlı lüğəti” ali və ümumi təhsil müəssisələrinin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən hazırlanıb. Müasir dünyada elmi sahələrdə və tədrisdə inteqrasiya proseslərinin genişlənməsi, eyni zamanda, elmin, texnologiyaların inkişafı ilə bağlı olaraq beynəlxalq aləmdə bir sıra yeni terminlər və ifadələr yaranıb ki, onların izahına, şərhinə böyük ehtiyac var. Bu baxımdan təqdim edilən lüğət xüsusi əhəmiyyətə malikdir.
Lüğətdə şəkil, sxem və diaqramlardan geniş istifadə olunub. Lüğət hazırlanarkən Coğrafiya İnstitutunda aparılan son tədqiqatların nəticələri də nəzərə alınıb.