Dünyaca məşhur avtomobil istehsalçısı “Mazda” 28 ildən sonra loqosunu yeniləyib.
Valyuta.az xəbər verir ki, yapon avtomobil nəhəngi 1997-ci ildən bəri istifadə etdiyi loqosunu dəyişərək, daha premium bir imic yaratmağı hədəfləyir.
Yeni loqoda xarici konturlar daha yuvarlaqlaşdırılıb, "M" hərfi isə daha kəskinləşdirilib. Digər tərəfdən, yeni loqoda üçölçülü effekt daha müasir və sadə düz dizaynla əvəzlənib.