Vaşinqton səmasında qəzaya uğrayan "Bombardier" təyyarəsinin göyərtəsində azı 14 konkisürən olub.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı fiqurlu konkisürən Con Maravilla "RIA Novosti"yə məlumat verib.
İdmançının özü də qəzada ölən konkisürənlər kimi Viçitada (Kanzas) keçirilən ABŞ Fiqurlu Konkisürmə Çempionatında iştirak edib, lakin başqa reyslə Vaşinqtona qayıtmağı planlaşdırıb.
Daha sonra “TASS” agentliyi məlumat yayıb ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya milli komandasının tərkibində fiqurlu konkisürmə üzrə dünya çempionları olan Yevgeniya Şişkova və Vadim Naumov da olub.
Qeyd edək ki, bu gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonun Ronald Reyqan hava limanı ərazisində qəzaya uğrayıb.
Göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb.
Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta