Altı ABŞ hərbçisi prezident Donald Trampı məhkəməyə verib. Səbəb transseksuallara orduda xidmət etməyi qadağan edən sərəncamdır.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Vaşinqtonda federal məhkəmədə qaldırılan iddiada bu əmrin Konstitusiyanın bərabər qorunma təminatlarını pozduğu bildirilir, çünki o, “hüquqi əsas olmadan” cinsiyyət və transgender statusu əsasında ayrı-seçkilik edir.
İddiaçılar şikayətlərində bildiriblər “qadağa son dörd il ərzində transseksual hərbçilərin fəaliyyəti və ya onların xidməti ilə bağlı yarana biləcək hər hansı problemlə bağlı heç bir araşdırma aparılmadan qoyulub”. Onlar məhkəmədən qadağanı işin baxılmasına qədər saxlamağı xahiş ediblər.
Qeyd edək ki, ABŞ prezidenti müvafiq sərəncamı yanvarın 27-də imzalayıb.
Bəxtiyar CƏFƏRLİ