AZ

Xocalıya növbəti köç olacaq - FOTO

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.

Bu barədə Bizim.Media-ya Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Belə ki, daha 23 ailədən ibarət 100 nəfər doğma yurduna qayıdacaq.
 

Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib. Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq. Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.



Bizim.Media

Seçilən
7
31
bizim.media

10Mənbələr