AZ

"Mingəçevir" daha bir legioner hücumçu ilə gücləndi

Birinci Liqa təmsilçisi "Mingəçevir" növbəti transferini reallaşdırıb.

Fanat.Az-a klubdan verilən məlumata görə, bu qış heyətin yarıdan çoxunu yeniləyən mərkəzi aran təmsilçisi nigeriyalı hücumçu ilə anlaşıb.

Daha öncə digər Birinci Liqa komandası "Qaradağ Lökbatan"da da çıxış edən 24 yaşlı hücumçu Fanen Akyam heyətə qatılıb. Bu, "Mingəçevir"in ikinci legioner transferi olub. Klub dünən 21 yaşlı forvard Abba Usmanı da rənglərinə bağladığını açıqlayıb.

Akyam "Qaradağ Lökbatan"dan ötən ilin yayında ayrılmışdı.

Qeyd edək ki, "Mingəçevir" I Liqada 6 xalla sonuncu - onuncu sırada qərarlaşıb.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr