Ötən ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nisbətən 436 min ədəd artaraq 19,89 milyonu ötüb.
Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,9 faiz, kredit kartları üzrə 1,8 faiz təşkil edib.
Dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.
2024-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 milyon manatı POS-terminallar, 3,7 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64,2 faizini təşkil edib.