AZ

Rusiyada azərbaycanlı iş adamı 20 milyon girov müqabilində azadlığa buraxıldı


Moskvanın Qolovinski Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan “Ximki” futbol klubunun əsas investoru Tufan Sadıqovun ev dustaqlığının müddətinin uzadılmasından imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məhkəməyə istinadla məlumat verib.
Məlumata görə, məhkəmə onun barəsində seçilmiş ev dustaqlığı növündə həbs qətimkan tədbirini dəyişdirərək, girov müqabilində zaminə buraxıb.
Girovun məbləği açıqlanmasa da, “Mash” telekanalı öz “Telegram” kanalında Sadıqovun 20 milyon rubl (orta hesabla 35 min manat) girov müqabilində azadlığa buraxıldığını bildirib.
Telekanalın məlumatına görə, cümə axşamı, yanvarın 23-də məhkəmə Sadıqovu 20 milyon rubl məbləğində girov müqabilində həbsdən azad edib. Yanvarın 28-də isə məhkəmənin qərarı qüvvəyə minib.  
Qeyd edək ki, Sadıqov 2024-cü ilin dekabrında ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, müstəntiqlərin fikrincə, Sadıqov və digər təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərərək, əlbir olan firmalara açıq-aşkar geri qaytarılmayan kreditlər vermək üçün saxta kredit müqavilələri bağlayıb və bu vəsaiti öz xeyirlərinə çevirərək, banka xüsusilə külli miqdarda maddi ziyan vurublar.
TASS xəbər verir ki, Sadıqovun işi üzrə beş iş adamı saxlanılıb. Onların hamısı mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Seçilən
4
25
yeniavaz.com

10Mənbələr