AZ

Pərviz Şahbazov pakistanlı nazirlə enerji sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir Pərviz Şahbazov bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, pakistanlı nazir ilə görüşü enerji sahəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı olub.

Tərəflər gündəlikdə olan məsələlər, o cümlədən neft-qaz, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib.


Müəllif: Mirvari Əzizova
Seçilən
24
teleqraf.com

1Mənbələr