AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.