AZ

Xocalıya növbəti köç olacaq

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"-a bildirilib. Qeyd edilib ki, daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib. Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq.Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun  Ballıca kəndinə  üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
31
olaylar.az

10Mənbələr