“Toqquşma olarsa, Ermənistan üçün ağır nəticələnə bilər”.
Bu sözləri Zəngəzur dəhlizinin açılması yönündə fərqli fikirlərin ortaya atılmasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, yol mütləq şəkildə açılacaq:
“Ermənilər Qərbin bəzi dairələrini ona verdiyi direktiv əsasında davranır. Ancaq Ermənistanın bu dəhlizin açılması yönündə atdığı addımlar qarşıdurmaya gətirib çıxara bilər. Türkiyə də Azərbaycana kömək edəcək.
Nəzərə almaq lazımdır ki, türk dünyasının əsas ana yoludur. Türkiyəni türk dünyasına bağlayan bir yoldur. İran və bəzi ölkələr Ermənistanı qızışdırır ki, bu yolun açılmasına mane törətsin. Güman edirəm ki, bu yolun çəkilməsinə nail ola biləcəyik.
Ermənistan tərəfi toqquşmaya hazırlaşır, ancaq Azərbaycan ordusu qarşısında edə biləcəkləri bir şey olmayacaq. Ona görə də toqquşma olarsa, Ermənistan üçün ağır nəticələnə bilər”.
Səxavət Məmməd