AFFA İntizam Komitəsi "Neftçi" və ”Qarabağ” klublarını cəzalandırılıb.
Teleqraf.com xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasında XX turun oyunlarında baş vermiş olaylardır.
“Araz-Naxçıvan”la oyunda “Neftçi”nin azarkeşləri "Liv Bona Dea" stadionunda 17 ədəd oturacağı qırıblar. İntizam Komitəsi qərar qəbul edib ki, ziyanı klub ödəsin.
“Turan Tovuz”la oyun bitdikdən sonra isə “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimələnib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi” səfərdə “Araz-Naxçıvan”a, “Qarabağ” isə evdə “Turan Tovuz”a eyni hesabla uduzub - 1:2.
Müəllif: Röyanə Oğuz