AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 20-ci turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
Offsideplus.az xəbər verir ki, “Araz-Naxçıvan”la səfər matçında azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərərin “Neftçi” klubu tərəfindən ödənilməsi qərara alınıb.
“Qarabağ” – “Turan Tovuz” görüşü bitdikdən sonra meydan sahibləri AFFA nümayəndəsinin tələblərini yerinə yetirməyib. Bu, ağdamlıların 2000 manat cərimələnməsinə səbəb olub.