AZ

AFFA daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırıb

AFFA İntizam Komitəsi daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılıb.

Seçilən
0
19
apa.az

10Mənbələr