AZ

N.Dendias Fransanın Yunanıstandakı səfiri ilə görüşdü

Yunanıstanın müdafiə naziri Nikos Dendias Fransanın Yunanıstandakı səfiri Laurans Auerə “Meteor” raketlərinin Türkiyəyə satılacağı ilə bağlı yayılan xəbərlərə görə narahat olduqlarını bildirib.
Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Nikos Dendias Fransanın Yunanıstandakı səfiri Laurans Auer ilə görüşdüyünü söyləyib.

O, həmçinin Fransanın da daxil olduğu konsorsiumun Türkiyəyə "Meteor" raketlərinin satılması ehtimalı ilə bağlı Auerdən rəsmi məlumat istədiyini açıqlayıb.

Dendias vurğulayıb ki, o, Yunanıstanın bu məsələyə dair mövqeyini Fransa səfirinə bildirdi. O, bu bəziyyətin iki ölkə arasında mövcud olan əla strateji münasibətlərə uyğun olmadığını deyib.

Qeyd edək ki, ''Meteor'' raketləri Fransada yerləşən çoxmillətli Avropa müdafiə şirkəti MBDA tərəfindən istehsal edilir.



Seçilən
1
trt.net.tr

1Mənbələr