AZ

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü - VİDEO

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

Bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib.

İdman ustası, “Azəryol” və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib. Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.

O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.

Qeyd edək ki, İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa “Challenge Cup” turnirnin bombardilərindən də olub./Milli.az

Seçilən
78
19
yenigundem.az

10Mənbələr