AZ

Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?

Xəbər verdiyimiz kimi, 29 yanvar 2025-ci il tarixində ölkədə bələdiyyə seçkiləri keçirildi.

Artıq Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə lider namizdlərin siyahısını açıqlayıb.

Keçirilən seçkilər haqqında  Səbail bələdiyyəsi və Badamdar bələdiyyəsi üzrə  dairələrdə “Qohum” namizədlər haqqında xəbər vermişdik.

 XALQ.AZ xəbər verir ki, Badamdar bələdiyysəinin sədri olan Təzaxan Məmmədovun qızı Vahidova Nəzrin Təzaxan qızı Səbail bələdiyyə üzrə  namizəd kimi qeydə alınmış və seçilmişdir.

media-1

Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin isə  nəvəsi  Nurel Kərim  Badamdar bələdiyyəsi üzrə  seçilib.

media-2

Məlumatlara görə Badamdar bələdiyyəsinin sədri olan Təzəxan Məmmədov MSK-nın təqdim etdiyi lider namizədlər siyahısında adı yoxdur və bu da onu bildirir ki,  Badamdar bələdiyyəsinin sabiq sədri Təzaxan Məmmədov seçkilərdə məğlub olub.  Lakin  qızı Nəzrin Vahidova Təzaxan qızı  Səbail bələdiyyəsi üzrə dairədən seçilib.

Həmçinin Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin, nəvəsi Nurel Kərim Badamdar bələdiyyəsi üzrə MSK-nın lider namizədlər siyasında yer alıb.

belediyye.info

Məlumata görə  Səbail icra hakimiyyətinin əməkdaşı olmuş   Seymur Həsənovda Badamdar bələdiyyəsi dairəsi üzrə MSK-nın açıqladığı lider namizədlər siyasındadır.

Həmçinin Səbail bələdiyyəsinin sədri Hacı Əliyev öz qohumu  Nəcəfova Pərvin Fərhad qızıda Səbail bələdiyyəsi dairəsindən  seçilib.

Araşdırmalarımıza görə artıq sədr mövzusu bir müddət sonra müzakirəyə çıxarılacaq, və iddialara görə   Səbail bələdiyyəsinin sədri Hacı Əliyev nəvəsi Nurel Kərimi sədr seçilməsi üçün artıq hərəkətə keçib.

Lakin Səbail icra başçısı Vüqar Zeynalov işçisi olmuş Seymur Həsənovda sədr postuna iddiladır.

Bu məsələ ilə bağlı adları keçən şəxlərdən münasibət öyrənmək mümkün olmadı.

Adları keçən şəxslərin münasibətini dərc etməyə hazırıq.

Seçilən
4
2
yenigundem.az

3Mənbələr