Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan "koronavirusinfo.az" rəsmi saytı "kazino"ya çevrilib.
Modern.az-ın məlumatına görə, 2020-ci ildə yaradılan və gündəlik olaraq koronavirusla bağlı operativ məlumatlar təqdim edən vebsayta daxil olanda istifadəçilər onlayn kazino oyunu ilə rastlaşırlar.
Qeyd edək ki, sözügedən kazino oyunları əsasən dələduzluqla məşğul olan şəxslər tərəfindən yaradılır. İstifadəçilər oyun üçün bank kartları məlumatlarını daxil edən zaman oğurluq halları baş verir.
Son dövrlərdə onlarla oxşar dələduzluq hallarına rast gəlinib. Rəsmi qurumlar vətəndaşlara dəfələrlə bu barədə xəbərdarlıq edib.