AZ

Rus ordusu 4 istiqamətdə irəliləyib – “Deepstate” yeni məlumat dərc etdi

Rus ordusu Novoandreyevka, Novovasilyevka, Daçnoye, Razliv, Yantarnı və Andreyevka ərazilərində irərliləyib.

“AzPolitika”xəbər verir ki, bu barədə “DeepState” monitorinq mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, rusların Çasov-Yar istiqamətində irəliləyib-irəliləmədiyi dəqiqləşdirilməyə çalışılır.

110 saylı ayrı-ayrı mexanikləşdirilmiş briqadanın ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Mark Bezruçko İvan Sekaç bildirib ki, rusların Donetsk vilayətindəki Velyka Novosilkadan daha da irəli gedə bilmələri üçün çox səy göstərmək lazım olacaq:“Çünki orada dayaq yeri yoxdur. Qəsəbədəki su maneəsi körpübaşında qüvvələrimizə dəstək verən əsas amildir. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin körpübaşında və Velyka Novosilkada olan bölmələri gücləndirilib”.

“AzPolitika.info”

Seçilən
0
azpolitika.info

1Mənbələr