“Biznes Mərkəzi Klubu” yanvarın 28-də 2025-ci ilin ən möhtəşəm tədbirlərindən biri olan "Qala Gecəsi"ni təşkil edib. Tədbirdə 250-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri iştirak edib.
Britaniyanın Azərbaycan üzrə yeni ticarət elçisi təyin edilib
FED.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən gecənin rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun nailiyyətlərindən bəhs edərək yeni layihələr barədə məlumat verib. Rüfət Nadirli bildirib ki, fevralın 20-21-də Bakıda “Biznes Mərkəzi Klubu» və Gbaru platformasının birgə təşkilatçılığı ilə Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçiriləcək. O, eyni zamanda Biznes Mərkəzi Klubunun tezliklə yeni rəsmi veb-saytının, radiosunun və hətta televiziya kanalının fəaliyyət göstərəcəyini vurğulayıb. Sədr qeyd edib ki, “Biznes Mərkəzi Klubu”nun qarşıdakı hədəfi sahibkarlığın inkişafına daha geniş miqyasda dəstək verməkdir.
Daha sonra millət vəkili Razi Nurullayev çıxış edərək Azərbaycanda sahibkarlığa verilən dəstək, bu sahədə prioritetlər və biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb. Millət vəkili “Biznes Mərkəzi Klubu”nun fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə sahibkarlığın inkişafına verdiyi töhfələri, innovativ biznes modellərinin təşviqini və startap ekosisteminin gücləndirilməsinə verdiyi dəstəyi vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Biznes Mərkəzi Klubu”nun fəaliyyətinə və sahibkarlıq istiqamətində gördüyü işlərə yüksək qiymət verdi. O, klubun sahibkarlar üçün yaratdığı imkanları, onların tanınmasına və inkişafına verdiyi töhfələri vurğulayaraq, bu cür təşəbbüslərin ölkədə biznes mühitinin inkişafına mühüm dəstək verdiyini bildirdi.
Tədbirin ən maraqlı hissələrindən biri də İlin ən yaxşıları"nın mükafatlandırılması mərasimi olub. "İlin biznes adamı" nominasiyasına Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov, "İlin Bankı" nominasiyasına Kapital Bank, "İlin uğurlu startapı" nominasiyasına Gbaru.com Platforması, "İlin tərəfdaşı" nominasiyasına ARAZ FM, "İlin media mərkəzi" nominasiyasına Xəzər Media Mərkəzi, "İlin ən yaxşı elektron ticarət platforması" nominasiyasına Trendyol, "İlin ən fəal assosiasiya şirkəti" nominasiyasına Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, "Yaşıl biznesin inkişafı" nominasiyasına ictimai xadim və sahibkar Nigar Ələsgərova, "İlin marketlər şəbəkəsi" nominasiyasına OBA, "İlin ən yaxşı tikinti şirkəti" nominasiyasına Sea Breeze, "İlin innovativ şirkəti" nominasiyasına Facemark, "İlin ixracat şirkəti" nominasiyasına Rəmzi-S, "Etibarlı tərəfdaş" nominasiyasına Muradlı-M, "İlin etibarlı sığorta şirkəti" nominasiyasına Meqa Sığorta Qrupu, "Ən yaxşı qadın sahibkar" nominasiyasına Başkent Restoranlar Şəbəkəsinin təsisçisi Mətanət Mədinəli, "İlin dost şirkəti" nominasiyasına Onur Plast, Qanun Mühasibatlıq Xidmətləri, City Park Mall, Dimora Craft və QSA MMC, "İlin Travel Şirkəti" nominasiyasına Flyblast Travel, "Ən yaxşı HR lideri" nominasiyasına Ummano.az, "Power CEO" nominasiyasına isə Caspian Flekso layiq görülüb. Bundan əlavə, sosial şəbəkələrdə keçirilən sorğular əsasında müəyyən edilən digər kiçik şirkətlər də mükafatlandırılıb.
Tədbirin musiqili hissəsində Mərdan Kazımov, Cahan Qrupu, Nuran və DJ Aqşin qonaqlara xoş əhval-ruhiyyə bəxş ediblər.
Biznes Mərkəzi Klubunun Qala gecəsinə media dəstəyini Report.az, Oxu.az, Fed.az, Fins.az, Moderator.az, Metbuat.az, 1news.az, Faktor.az, Businesstime.az, Marja.az, Milli.az, Redaksiya.az, Pressa.az və Bakues.az informasiya portalları göstərib. Tədbirin sponsorları isə Onur Plast, Aran İnşaat, Qanun Mühasibatlıq Xidmətləri, Hanoğlu Baklava & Lokum, Hazel, Dimora Craft, Foto xalça və Nefertum Parfum olub.
Bu möhtəşəm tədbir sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, biznes mühitində yeni əməkdaşlıqların qurulmasına da töhfə verib.