«Səbail»in baş məşqçisi Cavid Hüseynov «yuxarı»dan gələn xəbərdən məyus olub.
Klub rəhbərliyi onlardan 2 yeni transfer istəyən çalışdırıcının xahişini yerə salıb.
Yönətim büdcədə vəsait çatışmazlığının olduğunu söyləyərək, iki legionerin alınmasına icazə verməyib.
Ötən ilin noyabrında Şahin Diniyevin yerinə gətirilən gənc mütəxəssisin diqqətinə çatdırılıb ki, o, yalnız 1 əcnəbi oyunçu gətirə bilər. Həmin futbolçunun aylıq məvacibi isə 3000-4000 dollardan artıq olmamalıdır.
Liqanın son 2 turunda «Sumqayıt» və «Kəpəz»ə qalib gələn «dənizçilər»in qış fasiləsində cəmi 3 transfer etməsini xatırladaq.
«Neftçi»dən tanıdığımız Mirabdulla Abbasovla yanaşı, serbiyalı müdafiəçi Marko Nikoliç və ruandalı hücumçu İnnosent Nşuti düşərgəyə cəlb olunub.
SPORTİNFO.AZ