AZ

Qurban Qurbanov Simeone və Qvardiolaya "yuxarı"dan baxır

Almaniyanın "Kicker" nəşri Avropada bir klubda ən uzun müddət baş məşqçilik edən mütəxəssislərin yeni reytinq siyahısını açıqlayıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, siyahıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var. Ağdam klubuna 2008-ci ilin yayından rəhbərlik edən 52 yaşlı mütəxəssis siyahıda ikincidir.

Birinci yerdə "Haydenhaym"ın baş məşqçisi Frank Şmidt qərarlaşıb. O, 2007-ci il sentyabrın 17-dən komandanı çalışdırır.

"İlk üçlüy"ü İngiltərənin İkinci Liqasında mübarizə apara "Harroqit Taun" klubunun baş məşqçisi Siom Uievir qapayır. O, 2009-cu ildən bu vəzifədədir.

Sonrakı sıralarda müvafiq olaraq Piter Vermes ("Sportinq Kanzas Siti" - 2009), Dieqo Simeone ("Atletiko" - 2011), David Hili ("Linfild" - 2015), Can-Pyero Qasperini ("Atalanta" - 2016), İqor Kovaleviç ("Neman Qrodno" - 2016), Pep Qvardiola ("Mançester Siti" - 2016) və Yindrix Trpisovski ("Slaviya Praqa" - 2017) qərarlaşıb.


Seçilən
3
news24.az

1Mənbələr