AZ

“Coca-Cola” və “Lay’s” niyə Azərbaycandan ÇIXARILMAYIB? – “Böyük vergilər ödəyirlər”

“Həmin şirkətlər elə böyük vergi ödəyiciləridirlər ki, dövlətlər onları ölkədən çıxarmağa ya cəsarət etmir, ya da gəliri kəsmək istəmir”.

Bunu Yenicag.az-a açıqlamasında məşhur brend “Lay’s”in istehsal etdiyi kartof çipslərinin ölümcül allergik reaksiya riski səbəbindən geri çağırılması qərarına münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, mediada gedən xəbərlərdən həm “Coca-Cola”, həm də “Lay’s” ilə bağlı problemin müəyyən partiya məhsullarında olduğu görünür.

“Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat, eyni zamanda, onun Azərbaycandakı nümayəndəsi olaraq Azad İstehlakçılar Birliyi bildirir ki, ümumiyyətlə, bu brend adı altında istehsal olunan məhsulların hamısı istehlakçılar üçün zərərlidir. Tərkiblərində duz və digər asılılıq yaradan maddələr mövcuddur. İnsanlar bu mallardan mütləq və mütləq uzaq durmalıdır”.

“Eyni zamanda, narahatedici məqamlardan biri də “KFC”nin dünya üzrə ən böyük obyektinin Azərbaycanda olmasıdır. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar bütün dünyada insanların sözügedən markalardan uzaq olması üçün fəaliyyətdədir. Ancaq həmin şirkətlər elə böyük vergi ödəyiciləridirlər ki, dövlətlər onları ölkədən çıxarmağa ya cəsarət etmir, ya da gəliri kəsmək istəmir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
7
1
yenicag.az

2Mənbələr