AZ

Biznes, istehlak və ipoteka kreditlərinin həcmi artıb

Ötən ilin dekabr ayında bankların kredit portfeli noyabr ayı ilə müqayisədə 0,4 faiz və ya 109,5 milyon manat artaraq 27 477,7 milyon manata çatıb.

Mərkəzi Bankın hesabatına əsasən, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,8 faiz (14 787,2 milyon manat), istehlak kreditlərinin payı 30,7 faiz (8 445 milyon manat), ipoteka kreditlərinin payı isə 15,5 faiz (4 245,5 milyon manat) təşkil edib.

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 294,7 milyon manat (o cümlədən, biznes kreditləri 2 170,4 milyon manat, istehlak kreditləri 1 508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artıb.

Seçilən
1
vergiler.az

1Mənbələr