Livanda hökuməti qurmaq vəzifəsi daşıyan Nəvvaf Salam formalaşdıracağı kabinetdə siyasi partiyalara mənsub nazirlərin olmayacağını bəyan edib.Salam paytaxt Beyrutun şərqindəki Baabda Prezident sarayında prezident Cozef Aun ilə görüşündən sonra mətbuat konfransı keçirib.Hökuməti qurmaq vəzifəsi verildikdən sonra verdiyi qərarlardan geri çəkilməyəcəyini ifadə edən Salam, yaşanan çətinliklərə baxmayaraq Livanda tezliklə hökumətin qurulacağını qeyd edib.Ərəb dünyası və beynəlxalq ictimaiyyətin hökumətin qurulması ilə Livana dəstək verəcəyinə diqqət çəkən Salam, "Heç bir nazirlik heç bir qrupa aid deyil, heç bir qrupa qadağan olunmuş nazirlik yoxdur" deyib."Nazirlər millət vəkillərindən ayrı olacaq, bələdiyyə və parlament seçkilərində namizədlər hökumətdə iştirak etməyəcək, heç bir partiyanın təmsil olunmadığı milli səlahiyyətlərə malik hökumət qurulacaq", - deyə Salam bildirib.Ölkədəki siyasi böhranın ilk addımı prezident seçilməsi ilə aradan qaldırıldıqdan sonra hökuməti qurmaqla vəzifələndirilən Salamın kabinetini açıqlayacağı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta