AZ

Arakçı Qətərə getdi:HƏMAS RƏHBƏRLİYİ İLƏ GÖRÜŞƏCƏK

İranın xarici işlər naziri Abbas Arakçı Qətərə gedib və orada HƏMAS-ın nümayəndələri ilə danışıqlar aparacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Səfər zamanı HƏMAS-ın yüksək səviyyəli nümayəndələri ilə görüş və Fələstində baş verən son hadisələrin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.

 

Qeyd olunur ki, Arakçı Qətər rəhbərliyi ilə də görüşəcək, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcəklər.

Seçilən
8
2
senzor.az

3Mənbələr