Bakı. Trend:
Göyçay, Şəmkir və Ağcabədidə ərzaqlıq buğda istehsalı proqramınaqoşulması üçün əkin sahələrinin suvarma suyu ilə təminatına dairişlərə başlanılır.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə OlanObyektlərin Müdiriyyətində müvafiq işlərə start verilib.
Belə ki, Göyçay rayonu ərazisində Şirvan suvarma kanalının soltərəfində dağətəyi massivdə yerləşən "Azorqanik” KTİİK-ya məxsus1000 və 206 ha sahənin suvarma suyu ilə təminatıyaxşılaşdırılacaq.
Bundan başqa, Şəmkir rayonunun Ceyrançöl massivində Kür çayıüzərində qurulmuş 2 pilləli nasos stansiyalarında qeyd olunanişlərin icrası nəticəsində Azərşəkər MMC-yə məxsus 2000 ha pivotsuvarma sistemlərinin qurulacaq.
Həmçinin Ağcabədi rayonu ərazisində isə “Maqro” MMC-yə məxsus250 sahənin suvarma suyu ilə təmin olunması üçün istismar müddətinibaşa vurmuş 10 ədəd subartezian quyusunun təmir-bərpa olunmasıişləri görüləcək.
Məlumata görə, sözegdən işlər “Ərzaqlıq buğda ilə özünütəminetməsəviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında”2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanın icrası iləəlaqədar aparılacaq.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti rayonların su təminatıilə bağlı bəhs olunan işlərin icrasını "Ensol" Məhdud MəsuliyyətliCəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 6,1 milyon manat ödənilib.
Qeyd edək ki, üç rayon ərazisində əkin sahələrinin su təminatıilə bağlı işlərin həvalə olunduğu "Ensol” MMC 2022-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-ninqanuni təmsilçisi isə Səmədov Rahim Nizami oğludur.